Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnqilab səthində təhsil sisteminin öhdəlikləri

İslam İnqilabının böyük Rəhbəri müəllim günü münasibətilə ölkənin minlərlə müəllim və təhsil işçisi ilə görüşündə müəllimə qarşı hörmət və minnətdarlığı xalqın hər bir fərdinin vəzifəsi olduğunu qeyd etdi. O, əhəmiyyət və effektivlik baxımından təhsil qurumunun heç bir qurumla müqayisə oluna bilinməyəcəyini vurğulayaraq sözünə əlavə etdi:

Yeniyetmə və gənc nəslin şəxsiyyətinin formalaşdırılması, onlarda şövq və ümidin yaradılması, davamlı surətdə yeniliklərin gətirilməsi, müəllimlərin maddi və qeyri-maddi imkanlarının artırılması, müəllim yetişdirən mərkəzlərin himayə olunması, tərbiyə işləri üzrə müavinliyin gücləndirilməsi, nümunəvi müəllim simasının təqdim edilməsi Təhsil Nazirliyinin başlıca vəzifələridir.

Həzrət Ayətullah Xamenei Amerikada və başqa ölkələrdə Fələstin xalqına dəstək aksiyalarının geniş hal almasını dünya ictimaiyyətində Qəzza məsələsinin prioritetliyinin davam etməsinin əlaməti hesab edərək dedi: Sionist rejimin cinayətləri və Amerikanın onunla əlbirliyi İran hökumətinin və xalqının işğalçı rejimi inkar etməkdə və Amerikaya qarşı bədbin olmaqda haqlı olduğunu sübuta yetirdi. Hamı bilsin ki, Fələstin probleminin yeganə həll yolu bu torpaqların öz müsəlman, yəhudi və xristian sahiblərinə qaytarılmasıdır. Sionist rejimlə əlaqələr qurmaq və məsələni adiləşdirmək heç bir problemi həll etməyəcəkdir.

O, müəllim gününü insan yetişdirən və ölkənin gələcəyinin qurucusu olan müəllimlər cəmiyyətinə təbrik deyərək qeyd etdi: Müəllimlərə qarşı ümumi diqqət və hörmət bu şərəfli peşəyə qarşı marağın daha da artmasına, müəllimlər cəmiyyətinin tərəqqisinə və nəticədə, ölkənin tərəqqisinə gətirib çıxaracaqdır. Kütləvi informasiya vasitələri və xalq tribunalarının sahibləri müəllimin mövqeyinin açıqlanmasında və müəllimin uca tutulmasının zəruriliyinin aşılanmasında fəal iştirak etməlidirlər.

İnqilabın Rəhbəri təhsil qurumunun əhəmiyyətinin digər qurumlardan fərqli olmasının səbəbini bu qurumun insan resursları yetişdirən bir qurum olduğunu qeyd edərək dedi: Bütün qurumlar insan resurslarından istifadə edir, amma təhsil qurumu insan resursları yetişdirir.

Həzrət Ayətullah Xamenei aktiv müəllimləri yeniyetmə və gənc nəslin şəxsiyyətini formalaşdıranlar hesab edərək dedi: Müəllimin sözü, davranışı, sərgilədiyi mövqe, hətta eyhamı belə yeni nəslin şəxsiyyətinin formalaşmasında təsir qoyur.

O, bacarıqlı insan resurslarının varlığını təbii sərvətlərlə müqayisəyə sığmadığını bildirərək dedi: Ölkədə inkişaf, təhlükəsizlik, sağlamlıq, elm və bütün bəşəri və islami dəyərlərin gerçəkləşməsi uyğun insan resurslarının varlığının girovundadır. Bu böyük iş isə təhsil sisteminin öhdəsinə düşür.

Həzrət Ayətullah Xamenei Təhsil Nazirinin bu görüşdəki çıxışını müsbət dəyərləndirərək sözünə davam etdi: Allaha şükürlər olsun ki, ötən illərdə qeyd etdiyimiz bir sıra məsələlər icra olunmaqdadır.

İnqilabın Rəhbəri Təhsil Nazirliyinin başlıca vəzifələrini açıqlayarkən innovasiya layihəsinin icrasını ən mühüm işlərdən biri olduğunu bildirərək dedi: Ötən illərdə bu layihəyə qarşı laqeydlik və diqqətsizlik ucbatından ziyan çəkdik. Amma bu layihənin son baxışının yekunlaşması və onun icrasının yol xəritəsinin hazırlanması yaxşı bir xəbərdir. İnnovasiya layihəsinin icrasının gecikdirilməsinin vurduğu ziyanlar təhsil qurumunun ölkə daxilində və xaricindəki üstün zəkalardan davamlı surətdə bəhrələnməsilə aradan qaldırılmalıdır.

Həzrət Ayətullah Xamenei müəllimlərin imkanlarının artırılmasını Təhsil Nazirliyinin başlıca vəzifələrindən biri olduğunu vurğulayaraq dedi: Müəllimlərin güzəranının yaxşılaşdırılması və maddi imkanlarının artırılması üzərində hər zaman təkidlə dayanmışam. İndi də bu zəmində mümkün olan hər işin görülməsi üçün səy göstərilməlidir.

İnqilabın Rəhbəri sözünə əlavə etdi: İmkanların artırılmasının başqa bir mənası da vardır və bu, “müəllimlik” peşəsinin cəmiyyətdəki yerinin möhkəmlənməsidir. Yəni müəllim hər bir insanın daxilində təlim-tərbiyəyə qarşı olan sevgiyə söykənərək, prinsiplər, ehtiyaclar və təcrübələrdən yararlanıb uca şəni olan müəllimlik peşəsini möhkəmləndirir.

O, bu mövzuda hədəf, ruhiyyə, stimul və “müəllimlik” barədə düzgün təsəvvürü yeni nəslin yetişdirilməsində vacib amillər hesab edərək dedi: Müəllimlik sırf dərslərin təşkil olunması və tədris ilə gerçəkləşmir.

Həzrət Ayətullah Xamenei müəllim yetişdirən mərkəzlərin himayə olunmasını müəllimlər cəmiyyətinin lazımi səviyyəyə çatmasında əsas amillərindən hesab edərək dedi: Müəllimlər universiteti və müəllim yetişdirən digər mərkəzlər tam mənada himayə olunmalıdır.

İnqilabın Rəhbəri Təhsil Nazirliyinin başlıca vəzifələri ünvanında açıqladığı üçüncü vəzifə tərbiyə işləri üzrə müavinliyin gücləndirilməsi oldu. O, bu işin mühüm və vacib olduğunu qeyd edərək dedi: Bir dönəmdə bir qrup deyirdi ki, tərbiyə müavinliyinə ehtiyac yoxdur və müəllim təlim ilə yanaşı tərbiyə işini də görür. Əlbəttə bu söz doğrudur, amma təkcə müəllimin tərbiyə məsələlərinə diqqət yetirməsi kifayət etmir. Müəyyən bir şöbə çox mühüm olan bu işi idarə etməlidir.

Həzrət Ayətullah Xamenei ictimai bəlaların yaranması və yayılmasının qarşısının alınmasını gənclərdən olan gözləntilərdən biri hesab edərək dedi: Bu mühüm məsələnin həyata keçməsinin ilk şərti məktəblərin özündə ictimai bəlaların mövcud olmamasıdır. Bu isə tərbiyə müavinliyinin üzərinə düşən vəzifədir.

Ölkənin və hökumətin təməl məsələlərinin yeniyetmələrə və gənclərə düzgün şəkildə açıqlanmasını tərbiyə müavinliyinin üzərinə düşən vəzifələrdən biri hesab edən İnqilabın Rəhbəri bu barədə dedi: Əgər milyonlarla gənc və yeniyetmə ölkənin təməl mənafeləri və əsas məsələləri barədə məlumatlı olsalar, dost və düşmən cəbhəsini tanısalar və xalqın düşmənlərinin məqsədləri qarşısında vaksinə olunsalar, düşmənlərin media və siyasətə qoyduğu böyük yatırım səmərəsiz qalacaqdır.

Həzrət Ayətullah Xamenei sözünə əlavə etdi: Şagirdlər, gənclər və yeniyetmələr hökumətin siyasətlərinin məntiqi barədə məlumatlı olmalı və xalqın “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarlarının arxasında hansı məntiqin yatdığını, İranın bəzi ölkələr və dövlətlərlə əlaqə qurmaqdan imtina etməsinin səbəbini bilməlidirlər.

İnqilabın Rəhbəri Təhsil Nazirliyinin rəhbər vəzifələrində tez-tez kadr dəyişikliyi aparılmasını əsas işlərin nəticəyə çatmamasına səbəb olduğunu hesab edərək dedi: Mən layihələrin və mühüm işlərin nəticəyə çatması üçün yuxarı səviyyədən orta səviyyəyədək olan rəhbər vəzifələrdə tez-tez kadr dəyişikliyi aparılmaması üzərində təkidlə dayanıram.

Həzrət Ayətullah Xamenei cəmiyyətin müxtəlif peşələrində kütlə üçün örnəklərin mövcud olduğunu qeyd edərək, nümunəvi müəllim simasının təqdim edilməsini və nümunəvi müəllimlərin tanıtdırılmasını zəruri və təşviqedici hesab etdi, dedi: Təhsil Nazirliyi uğur qazanan örnək müəllimləri, o cümlədən yaxşı tədris edən və ya ömrünün böyük hissəsini tədrisə həsr edən, yaxud da ucqar məntəqələrin məktəblərində tədris üçün yolun çətinliyinə qatlaşan müəllimləri tanımalı və onları təlim-tərbiyə işinin qəhrəmanları kimi tanıtdırmalıdır.

O, söhbətinin davamında müəllim cəmiyyətindən olan gözləntiləri açıqlayarkən müəllimi yalnız elm öyrədən bir fərd deyil, həm də şagirdin şəxsiyyətini formalaşdıran bir fərd hesab etdi, dedi: Müəllim şagirdin potensialını və bacarıqlarını qızıl və gümüş mədəndən necə çıxarılırsa, o şəkildə üzə çıxara bilər və onu reallaşdıra bilər. Odur ki, müəllim elm öyrətməklə yanaşı şagirdə stimul, əzmkarlıq, özgüvən, dərsə və əməyə şövq də ötürməli və bununla onun bacarıqlarını çiçəkləndirməlidir.

Şagirdə milli baxışı aşılamağın müəllimdən olan difər bir gözlənti olduğunu vurğulayan İnqilabın Rəhbəri dedi: Milli baxış o deməkdir ki, şagird təhsil və dərsin ölkənin və hökumətin ümumi inkişaf hərəkətinin, onu irəliyə aparan böyük maşının bir parçası olduğunu bilməlidir. Elə bu səbəbdən də şagirdləri milli iftixarlar, ölkənin sərvətləri və düzgün yollarla əldə edilən qələbələrlə tanış etmək, habelə onları təhlükələr və düşmənçiliklərdən xəbərdar etmək lazımdır.

O, şagirdlərdə ümid hissini yaratmağı müəllimin başqa bir vəzifəsi olduğunu bildirib, sözünə əlavə etdi: Ümid ölkənin gələcəyini sığortalayır. Əgər bir şəxs gəncin və yeniyetmənin ürəyində ümid yarada bilsə, əslində, ölkənin gələcəyinin qurulmasına kömək etmişdir. Elə bu səbəbdən mən insanlarda ümid yaratmaq üzərində dəfələrlə təkidlə dayanmışam.

Həzrət Ayətullah Xamenei sözünə davam edərək dedi: Hakimiyyət, dövlət və ya ayrı-ayrı fərdlərə qarşı inad olsun deyə gənclərdə məyusluq və ümidsizlik hissi yaradan şəxslər, əslində, ölkənin gələcəyinə ziyan vururlar.

Şagirdləri ictimai fəaliyyətlərə həvəsləndirmək, həmçinin şagirdlərə məharətlər öyrətmək İnqilabın Rəhbərinin müəllimlərə olan başqa bir tövsiyəsi idi.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda Qəzza məsələsinə toxundu və dedi: Sionistlərin böyük səylərinə və onların amerikalı və avropalı tərəfdarlarının dəstəklərinə rəğmən, Qəzza məsələsi hələ də dünyanın ilk problemi olaraq qalır. Belə ki, Amerika universitetlərində sionist rejiminə qarşı etirazlar və bu etirazların Avropa universitetlərində də geniş hal alması dünya ictimaiyyətinin Qəzza probleminə qarşı həssaslığının davam etdiyinə dəlalət edir.

O, dünya ictimaiyyətinin işğalçı rejimə bu gün dünənkindən daha çox təzyiq göstərməsini zəruri hesab edərək dedi: Quduz it olan sionistlərin vəhşi və qəddar rəftarları İslam Respublikasının və İran xalqının mövqeyinin düzgünlüyünü sübuta yetirdi. Otuz mindən çox insanın – belə ki, onların yarısı qadınlar və uşaqlardır – qətlə yetirilməsi sionist rejimin şər və xəbis zatını, digər tərəfdən isə İranın daimi mövqeyinin düzgünlüyünü bütün dünyaya göstərdi.

İnqilabın Rəhbəri İsrailin cinayətlərinə qarşı tələbələrin aqressiya nümayiş etdirmədən və maddi xəsarət vurmadan təşkil etdikləri aksiyalara münasibətdə Amerika və onlara bağlı təşkilatların rəftarı İran İslam Respublikasının Amerika dövlətinə qarşı bədbin olmaqda haqlı mövqe tutduğunu bir daha sübuta yetirdiyini vurğulayaraq dedi: Bu rəftar göstərdi ki, Amerika cinayətin şərikidir və Qəzza əhalisinin qətliamının bağışlanmaz günahında sionistlərlə əlbirdir. Onların dirnaqarası ürəyiyananlıq ilə söylədikləri bəzi sözlər də yalandır. Beləliklə, İslam Republikasının Amerika dövlətinə qarşı düzgün mövqe tutduğu sübuta yetdi, yəni Amerika dövlətinə xoşbin olmaq və ona etimad göstərmək olmaz.

Həzrət Ayətullah Xamenei Fələstin probleminin yeganə həll yolunu İranın irəli sürdüyü təklif olduğunu, yəni Fələstinin müsəlman, xristian və yəhudilərdən ibarət özünün əsl sahiblərinə qaytarılmasının zərurliyini vurğuladı və dedi: Fələstib torpaqları özünün əsl sahiblərinə qaytarılmayanadək Asiyanın qərb rejionunun problemi həll olunmayacaqdır. Hətta əgər sionist rejimini ayaqda saxlamaq üçün iyirmi il, otuz il səy göstərsələr belə – inşallah, bunu bacarmayacaqlar – bu problem həll olunmayacaqdır.

İnqilabın Rəhbəri sözünə əlavə etdi: Fələstin əsl sahiblərinə qaytarılmalı və Fələstin dövləti yaradıldıqdan sonra onların özü sionostlərlə nə edəcəklərini qərara almalıdırlar.

O, sionist rejiminin rejion ölkələri ilə əlaqələrinin normallaşdırılması üçün göstərilən cəhdlərə işarə edərək dedi: Bəziləri elə düşünürlər ki, bu kimi işlərlə problem həll olunacaqdır. Halbuki sionist rejiminin rejionun ərəb ölkələri ilə əlaqələrinin normallaşa biləcəyini fərz etsək belə, problem nəinki həll olunmayacaqdır, əksinə, problem işğalçı rejimin cinayətlərinə göz yumaraq ona dosluq əli uzadan dövlətlərin probleminə çevriləcəkdir. Xalqlar bu dövlətlərin canına düşəcəkdir.

Bu görüşün əvvəlində Təhsil Naziri öz məruzəsində innovasiya layihəsinə baxışın son mərhələsinin yekunlaşması barədə məlumat verdi. Cənab Səhrayi innovasiya layihəsinin icra edilməsinin hərəkət xəritəsinin kadrların, təlim-tərbiyə proqramlarının və məktəblərin nəzərə alınması ilə təsdiqlənməsini, habelə təhsil səviyyəsinin ölçülməsini Nazirliyin fəaliyyətlərindən olduğunu qeyd etdi.

Tələbə və müəllim cəlb edilməsini prioritet tutaraq yetmiş min müəllimin işə qəbul olunması kimi az görünən bir addımın atılması, ölkə ərazisində iki min doqquz yüz məktəbin təmir və ya inşa edilməsi, orta təhsilin ikinci pilləsində peşə öyrənən şagirdlərin kvotasının artırılması, “Hər şagird bir peşəkar ustadır” siyasətinin həyata keçirilməsi, tərbiyə və müşavirə işlərinin səviyyəsinin artılması bu görüşdə Təhsil Nazirinin məruzəsində yer alan mövzular idi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /